...

GUAM missiyasının rəhbəri Azərbaycan prezidenti seçksində seçicilərin fəallığını qeyd edir

Siyasət Materials 15 Oktyabr 2008 12:29 (UTC +04:00)
GUAM missiyasının rəhbəri Azərbaycan prezidenti seçksində seçicilərin fəallığını qeyd edir

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ GUAM missiyasının rəhbəri Azərbaycan prezidenti seçkisində seçicilərin fəallığını qeyd edir.

"Biz üç seçki məntəqəsinə baş çəkmişik və indiyədək cidd pozuntulara rast gəlməmişk", - çərşənbə günü Trend - a Azərbaycan prezidenti seçkisində GUAM missiyasının rəhbəri Valeri Çeçelaşvili deyib.

"Seçkilər yaxşı təşkil olunub. Seçkilərin material və prosedurları elə təşkil olunub ki, insanlar sakit səs verə bilsinlər", - Çeçelaşvili bildirib.

"Bəzi kiçik növbələr var. Belə ki, seçiçilər fəallıq göstərirlər. Ümumilikdə biz seçki prosedurundan razıyıq, hər şey mütəşəkkil şəkildə və sakit keçir", - GUAM missiyasının rəhbəri qeyd edib.

Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilir. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Xəbər lenti

Xəbər lenti