...

Bakı vaxtı ilə saat 15.00-a seçicilərin 52,5% Azərbaycan prezidenti seçkisində iştirak edib – exit-poll

Siyasət Materials 15 Oktyabr 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir E.Hüseynzadə/ Bakı vaxtı ilə saat 15.00 - a olan vəziyyətə görə, seçicilərin 52,5 faizi Azərbaycanda prezident seçkilərində iştirak edib, -"exit-poll" müşahidəsi aparan "Rəy" Mərkəzi xəbər verir.

Bu gün Azərbaycan prezidenti seçkiləri keçirilir. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti