...

Sabah Təbrizdə İran HHQ-nin hərbi təlimləri keçiriləcək

Siyasət Materials 15 Oktyabr 2008 17:27 (UTC +04:00)

İranın Hərbi-Hava Qüvvələri (HHQ) cümə axşamı Təbrizdə HHQ-nin potensialının artırılması məqsədilə genişmiqyaslı hərbi təlimlər keçirəcəklər.

Bu barədə İran Hərbi-Hava Qüvvələrinin mətbuat ofisinin yaydığı məlumata istinadən, JameJamonline saytı xəbər verib. Təlimlərdə Təbriz, Tehran, İsfahan, Həmədan, Dezfulda dislokasiya olunmuş F4, F5, F7, F14, "Saiqa", "Suhu" təyyarələri və "Boinq 707" yanacaqdoldurma təyyarəsi iştirak edəcək.

Bu təlimlərdə təyyarələri gənc pilotlar idarə edəcəklər.

Xəbər lenti

Xəbər lenti