...

MDB missiyası Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrini müsbət qiymətləndirib

Siyasət Materials 16 Oktyabr 2008 12:00 (UTC +04:00)
MDB missiyası Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrini müsbət qiymətləndirib

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir C.Babayeva/ MDB missiyası Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrini müsbət qiymətləndirib.

"Bizim seçkiyə qiymətimiz müsbətdir. Seçki Məcəlləsi seçkinin demokratik keçirilməsini təmin edib. Monitorinqin keçirilməsi üçün hər bir şərait yaradılmışdı", - deyə cümə axşamı Bakıda Azərbaycan prezidenti seçkiləri üzrə MDB missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin katibi Sergey Lebedyev bildirib.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə günü keçirilən mətbuat konfransında bildirib ki, ilkin nəticələrə görə, İlham Əliyev bütün səslərin 89,04 faizini toplayıb.

Pənahovun məlumatına görə, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Haçıyev 0,62 faiz səs toplayıb.

Azərbaycanda keçirilən prezident seçkisini təqribən 60 ölkədən 1233 beynəlxalq müşahidəçi izləyib. Ən böyük missiyalar Avropa Şurası, ATƏT və MDB-yə məxsus olub.

"Azərbaycan Respublikasının Seçki Qanunvericiliyi bütövlüklə təşkilata ümumi qəbul edilmiş yanaşmaya və demokratik seçkinin keçirilməsinə müvafiqdir, - deyə Lebedyev bildirib. - Azərbaycanın bir sıra beynəlxalq təşkilatların ekspertizasından keçən yeni Seçki Məcəlləsi ədalətli, şəffaf və demokratik seçki üçün qanunverici əsası təmin edir və ölkə vətəndaşlarına Konstitusiyaya əsasən azad seçim hüquqlarını reallaşdırmaq və seçkilmək imkanı verir".

Azərbaycan MSK-sı tərəfindən 4 milyon 866 min 582 seçici qeydə alınıb. Prezident seçkisi ilə əlaqədar 5359 seçki məntəqəsi yaradılıb. Onların 5148-i daimi, 33-ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.

Azərbaycanın 500 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvnaı - trend

Xəbər lenti

Xəbər lenti