...

Gürcüstan parlamenti Tbilisinin nəzarətində olmayan ərazilərdə fövqəladə vəziyyətin uzadılması haqda qərar qəbul edib

Siyasət Materials 16 Oktyabr 2008 22:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 oktyabr / Trend müxbir N.Kirtsxalia/ Cümə axşamı günü Gürcüstan parlamentinin növbədənkənar plenar iclasında mərkəzi hakimiyyət orqanlarının nəzarətində olmayan ərazilərdə fövqəladə vəziyyətin uzadılması haqda qərar qəbul olunub. Müvafiq qərara 91 deputat səs verib.

Parlament sədri David Bakradzenin sözlərinə görə, hələlik Rusiya qoşunlarının işğal olunmuş əraziləri tərk etməsi üçün əsaslar yoxdur.

Gələn həftə işğal olunmuş ərazilər haqqında qanun qəbul olunacaq. Həmin qanun fövqəladə vəziyyətin ləğvindən sonra münasibətləri nizamlayacaq.

Xəbər lenti

Xəbər lenti