Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 16-da İran seçki müşahidə missiyasının rəhbəri Əhəd Qəzainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Əhəd Qəzai prezident seçkilərində
qələbə münasibətilə prezident İlham
Əliyevi təbrik edib. O, bir sıra seçki
məntəqəsində müşahidələr
apardıqlarını və seçkilərin yüksək
səviyyədə təşkil edildiyinin şahidi
olduqlarını vurğulayıb.
Öz növbəsində İlham Əliyev təbrikə
görə minnətdarlığını bildirib.