...

Azərbaycan prezidenti Belçika Krallığının ölkədəki səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Siyasət Materials 20 Oktyabr 2008 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Belçika Krallığının ölkədəki səfiri Frank Girkensi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Səfir Azərbaycandakı diplomatik fəaliyyəti dövründən məmnunluğunu bildirib. O, prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

İlham Əliyev Azərbaycanla Belçika Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Müxtəlif sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu bildirən prezident Belçika Krallığının Bakıda səfirliyinin açılmasını əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyətini qeyd edib.

İkitərəfli münasibətlərin möhkəmlənməsində səfir Girkensin fəaliyyətini qeyd edən dövlət başçısı Azərbaycan-Belçika əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti