...

Əfqanıstanın Ğəzni vilayətində iki Banqladeş vətəndaşı qaçırılıb

Siyasət Materials 25 Oktyabr 2008 13:28 (UTC +04:00)

Əfqanıstan, Kabil, 25 oktyabr / Trend Ne , müxbir A.Həkimi / Əfqanıstanın Ğəzni vilayətinin ikinci məntəqəsində cümə günü iki Banqladeş vətəndaşı qaçırılıb.

Ğəzni vilayəti icra başçısının sözçüsü İsmail Cahangir bildirib ki, qaçırılan Banqladeş vətəndaşları "Berk" adlı maliyyə müəssisəsində çalışırmışlar.

Cahangir əlavə edib ki, indiyədək hadisənin məsuliyyətini heç bir qrup və ya şəxs öz üzərinə götürməyib.

O əlavə edib ki, polis qaçırılan şəxslərin axtarışı ilə bağlı araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti