...

Ermənistan-Azərbaycan münasibətlərinin Ermənistan-Türkiyə münasibətlərinə təsiri yoxdur - Ermənistan xarici işlər naziri

Siyasət Materials 28 Oktyabr 2008 13:53 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndiyan BBC-nin Türk redaksiyasına verdiyi müsahibədə Ermənistan-Türkiyə münasibətlərinin düzəlməsinin Ermənistan-Azərbaycan münasibətlərindən tamam ayrı olduğunu bildirib. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.

Nalbəndiyan yaxın vaxtlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemilə bağlı danışıqlarda canlanma gözlənildiyini deyib. "Lakin bu canlanma ilə Türkiyə-Ermənistan dialoqu arasında heç bir əlaqə görmürəm", - deyə Ermənistan xarici işlər naziri əlavə edib. Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi haqqında olduqca nikbin fikirdə olduğunu deyən Nalbəndiyan erməni diasporunun bu münasibətlərin düzəlməsindən məmnun olmadığını da qeyd edib.

Xəbər lenti

Xəbər lenti