...

General Kuraşvili həbsi barədə məlumatları təkzib edir

Siyasət Materials 28 Oktyabr 2008 13:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan sülhməramlı qüvvələrinə komandanlıq edən general Mamuka Kuraşvili saxlanılması barədə informasiyaları təkzib edir. Bu barədə o, çərşənbə axşamı avqust hadisələrinin araşdırılması üzrə istintaq komissiyasının dinləmələrində bildirib.

Gürcüstan KİV-də Kuraşvilinin cəsusluqda şübhəli bilinərək saxlanılması barədə dəfələrlə informasiya yayılıb.

"Bu söhbət və dedi-qodular tamamilə cəfəngiyatdır, belə ki, avqustun 10-dək mən Avnevidə idim və bizim hissələr təcavüzkarların hücumlarını dəf edirdi, bundan sonra mən Qoridəki artileriya batalyon yerləşən ərazidə oldum, ayın 13-də isə kontuziya aldığıma görə Tbilisiyə yollandım", - deyə general bildirib.

Məqalə müəllifi il əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti