Azərbaycan, Bakı, 28 oktyabr/ Trend / RF Cənubi Osetiyada baş verən hadisələrin gələcəkdə təkrarlanmamasına zəmanət yaratmaq üçün əlindən gələni edəcək, RF-nin xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı Rusiya-Avropa İttifaqı Daimi Tərəfdaşlıq Şurasının (DTŞ) Sankt-Peterburqda keçirilən növbəti iclasında bildirib, "Vesti" kanalı xəbər verir.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər qurulub.
"Bizim bütün səylərimiz regionda etibarlı təhlükəsizlik zəmanətinin yaradılmasına yönəldiləcək", - Lavrov bildirib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət avqust hadisələrinədək Gürcüstanda baş verənlərə kifayət qədər diqqət ayırmırdı. "Bu gün Qafqazdakı vəziyətin beynəlxalq ictimaiyyətin fokusunda olması bizi qane edir", - nazir bildirib.
DTŞ-nin iclası noyabrın 14-də Nitsada keçirilməsi nəzərdə tutulan RF-Aİ sammitinə hazırlığa həsr olunub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]