...

Obamanın dərisinin rəngi onun xeyrinə ola bilər

Siyasət Materials 28 Oktyabr 2008 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir V.Javoronkova/ Demokratlar Partiyasından prezidentliyə namizəd Barak Obamanın dərisinin rəgni yalnız ABŞ-da prezident seçkilərinin nəticələrinə təsir etməyəcək, həm də seçiciləri onun tərəfinə cəlb edə bilər, - ekspertlər hesab edir.

"Çox sayda seçici üçün Obamanın irqi əlaməti qiymətli keyfiyyətdir və onlar bu seçkilərin Amerika tarixindəki irqi çapıqların sağalmasına kömək edə biləcəyini zənn edərək ona səs verəcəklər", - amerikalı politoloq Cek Qleyser (Jack Glaser) elektron poçtla Trend -a bildirib.

Sonuncu soğrulara əsasən, Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Barak Obama respublikaçı rəqibi Con Makkeynin reytinqinin düşməsi fonunda liderliyini davam etdirir. Məsələn, CBS News NewYork Times ilə birgə sorğusunun məlumatlarına əsasən, o, rəqibindən 13 faiz irəlidədir.

Obama ötən həftə Kolorada Ştatı, Denver şəhərində keçirilən mitinqə seçkiqabağı kampaniya ərzində ən çox sayda tərəfdar toplayıb, - "Vesti" xəbər verir. Müxtəlif hesablamalara əsasən, mitinqə 45 mindən 50 minədək adam gəlib. Demokratın rəqibi respublikaçı Con Makkeynə gəldikdə isə, ona dəstək mitinqinə xeyli sayda az adam gəlib. Ayovada Makkeyni dinləməyə yalnız iki min adam gəlib, Ohayoda beş mindən çox insan toplaşıb. Amerikalı ekspertlərin dərisinin rənginə görə Obamaya səs verməyəcək seçicilərin sayının onu üstün tutacaq seçicilərin sayından az olması barədə eyni rəydədirlər.

Obamaya mane ola biləcək amil biri qaradərili olan iki namizədin rəqabətində üzə çıxan Bredli effekti ola bilər. Seçicilərin xeyli hissəsi irqçilikdə birbaşa ittihamlardan qorxaraq, sorğularda qaradərili namizədi üstün tutur, seçki kabinəsində isə, ağ seçicilər ağ namizədə səs verirlər. ABŞ tarixində sorğuların nəticələrinə görə xeyli irəlidə olan qaradərili namizədlərin səsvermədə uduzması ilə bağlı iki hal olub.

1982-ci ildə afroamerikalı Tom Bredli 7 faiz irəlidə olsa da, Kaliforniya qubernatorunun seçkilərində ağdərili rəqibinə uduzub. 1989-cu ildə Virciniya qubernatorunun seçkilərində qaradərili namizəd Duqlas Vaylder sorğuların nəticələrinə görə 9 faiz irəlidə olsa da, səsvermədə öz rəqibindən cəmi yarım faiz geri qalıb. Kaliforniya Universitetinin Afrika-Amerika araşdırmaları üzrə amerikalı eksperti Çarlz Henrinin (Charles Henry) rəyinə görə, Obamanın irqi mənsubiyyəti ondan təxminən 6 faiz bəndi alır.

Seçkilər üzrə amerikalı ekspert Piter Şeynin (Peter Shane) rəyinə görə, əksər amerikalılar senator Obamanı qismən ona görə dəstəkləyəcəklər ki, afroamerikalı prezident dəyişiklik olacaq, insanlar isə, tarixin bir hissəsi olmaq istəyirlər. "Ola bilsin, dəyişikliklərə doğru bu tarixi siqnal senator Obama qələbə qazanarsa, tarixə daxil olacaq xeyli sayda gənc seçiciləri və səs verən azlıqları öz tərəfinə çəkməyə kömək edəcək", - Ohayo Ştatı Universitetinin elmi əməkdaşı Şeyn elektron poçtla Trend -a bildirib.

İrqi mənsubiyyətinə görə demokrata səs verənlər qrupu bu səbəbdən ona səs verməyən insanların sayını xeyli ötə bilər, - seçkilər üzrə amerikalı ekspert Con Pitni (John Pitney) hesab edir. Seçkilər üzrə digər amerikalı ekspert Con Makadamsın (John McAdams) rəyinə görə, Obamanın dərisinin rəngi nəinki ona mane olacaq, həm də əksəriyyəti Obamaya səs verəcək böyük sayda qaradərili seçicinin seçkiyə gəlməsini təmin edəcək.

"Qara" prezident Obamanı dəstəkləyə bilməyəcəkləri üçün Makkeyni seçəcək bəzi seçicilər də olacaq, - Şeyn hesab edir. Qleyserin rəyinə görə, Amerikadakı hazırki siyasi vəziyyəti - populyar olmayan müharibəni və respublikaçı prezidenti, iqtisadi böhranı, Obamanın natiqlik istedadı və siyasi qabiliyyətlərini nəzərə alaraq, Obama seçkilərdə uduzarsa, yeganə səbəb onun afroamerikalı olması olacaq.

Əksər ekspertlər hesab edirlər ki, dərinin rəngi, ümumiyyətlə, rol oynamır və respublikaçıların namizədinin seçkiqabağı kampaniyada rəqibini üstələməsi mümkün deyil. "Çətin ki, nə isə Obamaya seçkilərdə qələbə qazanmağa mane olsun və mən onu dayandıra biləcək bir ssenari görmürəm", -  Harvard Universitetinin elmi əməkdaşı, professor Makadams elektron poçtla Trend ­-a bildirib.

Son dəqiqədə Makkeynin istənilən "oyunu" güc deyil, ümidsizlik aktı kimi qəbul ediləcək, - Şeyn hesab edir. Yalnız terror aktı kimi hadisə ictimaiyyətin diqqətini Makkeynə cəlb edə bilər, - Henri hesab edir. İctimaiyyətin xeyli hissəsi əksər vacib məsələlərdə Obamanı dəstəkləyir, - Qleyser hesab edir.

"Respublikaçıların güclü arqumentlərindən biri - Obamanın kifayət qədər təcrübəsinin olmamasına dair arqumentləri onların özlərinin Sara Peylini vitse - prezidentliyə namizəd kimi seçmələri ilə sarsılıb. Onun təcrübəsi Obamadan da azdır və öz təcrübəsindən daha az fayda götürüb", - Qleyser elektron poçtla Trend -a bildirib. Bununla da respublikaçılar özlərini dalana salıblar, - Kaliforniya Universitetinin elmi əməkdaşı Qleyser hesab edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti