...

Əfqanıstanın mədəniyyət nazirini öldürmək üçün göndərilən kamikadzelərdən biri partlayıb, ikisi isə sağdır - "Taliban" nümayəndəsi

Siyasət Materials 30 Oktyabr 2008 13:21 (UTC +04:00)

Əfqanıstan, Kabil, 30 oktyabr/ Trend , müxbir A.Hakimi/ "Taliban" nümayəndəsi İzzətula Mucahidin Trend -un Kabildəki müxbirinə verdiyi məlumata görə, Əfqanıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə naziri öldürmək məqsədi ilə üç kamikadze göndərilib. Onlardan biri özünü partladıb, ikisi isə sağdır.

Partlayış zamanı ölənlərin dəqiq sayı məlum deyil.

Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Zamri Bəşəri partlayış zamanı üç nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını təsdiq edib.

Lakin təcili tibbi yardım xəstəxanasından Trend -un müxbirinə verilən məlumata görə, ölənlərin sayı 25 nəfəri keçib.

Mədəniyyət Nazirliyinin binasında uşaq bağçası da yerləşirmiş və burada partlayış zamanı 30 uşağın olduğu bildirilir. Hazırda onların yaxınları hadisə yerinə toplaşıblar, lakin heç kəs binaya buraxılmır və uşaqların taleyi barədə heç nə məlum deyil.

Uşaq bağçasında tərbiyə alanlar arasında zərər çəkənlər barədə rəsmi məlumat hələ ki, yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti