...

Nərimanov rayon Polis İdarəsi Əbu Bəkr məscidində təxribatlar törədiləcəyi barədə məlumatlı olduğunu iddia edir

Siyasət Materials 30 Oktyabr 2008 16:02 (UTC +04:00)
Nərimanov rayon Polis İdarəsi Əbu Bəkr məscidində təxribatlar törədiləcəyi barədə məlumatlı olduğunu iddia edir

Azərbaycan, Bakı 30 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Nərimanov rayon Polis İdarəsi Əbu Bəkr məscidində təxribatlar törədiləcəyi barədə məlumatların olmasını əsas gətirərək, məsçidin fəaliyyəti ilə bağlı məsələyə yenidən baxılmasını xahiş edir.

Bakının Nərimanov rayon məhkəməsi Nərimanov rayon dindarlarının Dini İcmasının Polis İdarəsinə qarşı qaldırdığı iddia üzrə oktyabrın 27 - də Əbu Bəkr məscidinin açılması və fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edib.

Nərimanov rayon dindarlarının Dini İcmasının nümayəndəsi vəkil Cavanşir Süleymanov Trend -a bildirib ki, Nərimanov Rayon Polis İdarəsi məhkəmənin qərarından appelyasiya şikayəti verib və şikayətdə qeyd edilib ki, məsciddə təxribatlar törədiləcəyi barədə onlarda məlumatlar olduğundan, onun fəliyyətinin bərpası məqsədəuyğun deyil.

Appelyasiya şikayətində həmin ərazidə təhlükəsizliyin və ictimai asayişin qorunması üçün məcidin fəaliyyətinin bərpası barədə qərarın ləğv olunması xahiş olunur.

Şikayətə oktyabrın 31 - də baxılacaq.

Bu il avqust ayının 17 - də saat 20:50 radələrində Bakı şəhəri, Ülvi Bünyadzadə küçəsində yerləşən Nərimanov rayon dindarlarının dini icmasının fəaliyyət göstərdiyi Əbu Bəkr məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib. Məlum hadisədən sonra məsçidin fəaliyyəti müvəqqəti dayandırılmışdı. Məsciddə terror aktının törədilməsində təqsiri olan Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti