...

Konstantin Qamsaxurdiya Gürcüstanda daha bir müxalif mərkəz yaratmaq istəyir

Siyasət Materials 10 Noyabr 2008 12:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 noyabr / Trend , müxbir N.Kirtsxalia/ "Azadlıq" müxalifət partiyasının lideri Konstantin Qamsaxurdiya yeni müxalif birlik yaratmaq və "məsuliyyətsiz addamlar atan" parlamentdənkənar müxalifətdəki fəaliyyətindən uzaqlaşmaq niyyətindədir.

"Onlar aksiyalar keçirirlər, prezidentin və parlamentin istefasını tələb edirlər, sonra isə elə həmin hakimiyyətlə danışıqlar aparırlar, bu yolverilməzdir" - Qamsaxurdiya jurnalistlərə belə deyib.

O bildirib ki, artıq yeni birliyin yaradılması ilə bağlı məsləhət qrupu təsis olunub, bu qrupun tərkibinə Milli Forum, Ənənəçilər Birliyi və "Azadlıq" partiyası daxildir. "Bizim ümumi dəyərlərimiz, Gürcüstanın keçmişi və gələcəyilə bağlı ümumi baxışlarımız var və bizim məqsədimiz ölkəni mövcud siyasi və iqtisadi böhrandan çıxarmaqdır" - Qamsaxurdiya deyib.

Ənənəçilər artıq məsləhətləşmələrin mövcudluğunu təsdiq ediblər. Amma Milli Forumda deyiblər ki, bu cür məsləhətləşmələr Gürcüstanın bütün müxalifət spekrti ilə aparılır.

Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti