Azərbaycan, Bərdə, 20 noyabr / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycan Ordusunun əsgəri şəhid olub. Bu barədə Trend -un bölgə müxbiri xəbər verib.
Ermənistan Silahlı Qüvvələrinin noyabrın 20-dən 21-nə keçən gecə atəşkəsi pozması nəticəsində Beyləqan rayonu ərazisindəki N saylı hərbi hissənin əsgəri Vahid Ağalarov həlak olub.
Gəncə şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış 19 yaşlı Ağalarov düşmən hücumunu dəf edərkən baş nahiyəsindən ağır güllə yarası alıb.
Əsgərin meyidi ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]