...

Azərbaycan prezidenti hakimləri, ədliyyə və məhkəmə orqanları işçilərini, məhkəmə-hüquq şurasının əməkdaşlarını təltif edib

Siyasət Materials 21 Noyabr 2008 23:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr / Trend /   Azərbaycan prezidenti İlham Əliyev hakimlərin, ədliyyə və məhkəmə orqanları işçilərinin, məhkəmə-hüquq şurasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə və məhkəmə orqanlarında qulluqda fərqləndiklərinə və başqa xidmətlərinə görə Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının sədri Mirzəyev Hikmət Abbas oğlu, ədliyyə nazirinin müavini Musayev Toğrul Sirac oğlu, Bakı Apellyasiya Məhkəməsinin sədri Nağıyev İman Məmməd oğlu, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri Nəbiyev Mahmud Yusif oğlu, ədliyyə nazirinin müavini Zahirov Vilayət Həsən oğlu "Vətənə xidmətə görə" ordeninin üçüncü dərəcəsi ilə təltif ediliblər.

"Tərəqqi" medalı ilə 18 nəfər, "Hərbi xidmətlərə görə" medalı ilə 3 nəfər, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə 27 nəfər təltif edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] 

Xəbər lenti

Xəbər lenti