Türk Hava Yolları Yerevana çarter reysləri təşkil etməyə hazırlaşır. Bu barədə Türkiyənin "Dünya bülteni" informasiya agentliyi məlumat verib.
Türk Hava Yolları reyslərin təşkilini həyata keçirmək üçün yaxın günlərdə Türkiyənin Mülkü Aviasiya Müdürlüyünə və Xarici İşlər Nazirliyinə müraciət edəcək.
Hazırda Ermənistan ilə Türkiyə arasındakı təyyarə reysləri Ermənistanın hava yolları şirkəti olan "Armavia" tərəfindən həyata keçirilir.