...

Pakistan idarələrarası kəşfiyyatının buraxılması müxtəlif nəticələrə gətirə bilər

Siyasət Materials 27 Noyabr 2008 09:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir D.İbrahimova/ Pakistanda idarələrarası kəşfiyyatın (ISI) siyasi qolunun buraxılması ölkədə vəziyyətin stabilləşməsi istiqamətində mühüm addımdır. Amma bəzi ekspertlər hesab edirlər ki, bu əks-nəticə verə bilər.

"Hakimiyyətin səlahiyyətlərinin artmasına və hərbçilərin siyasi hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxaran istənilən addım, böyük ehitmalla, uzunmüddətli perspektivdə ölkədə stabilliyin yaranmasına gətirib çıxaracaq", - Cənubi Asiya üzrə amerikalı ekspert Filipp Oldenburq (Philip Oldenburg) hesab edir.

Bazar günü rəsmi İslamabad Pakistan idarələrarası kəşfiyyatın siyasi qolunun buraxıldığını bəyan edib, -RBK Daily məlumat verir. Bu qurum "dövlət içərisində dövlət" nüfuzunu qazanıb; o, fəal şəkildə daxili və xarici proseslərdə iştirak edib. Ölkənin siyasətinə müdaxilə stabilliyin pozulması ilə nəticələnib.

ISI - hərbi təşkilat - ekstremist qruplaşmalarla, o cümlədən taliblərlə əlaqələrdə şübhəli bilinib. Eyni zamanda hesab olunur ki, Zülfüqar Əli Bhutto hökumətinə qarşı qəsdin və onun qızı Benazir Bhuttonun iki hökumətinin devrilməsinin arxasında məhz bu təşkilat dayanır. RBK Daily belə yazır.

Asif Əli Zərdarinin ( mərhum Benazir Bhutto əri) hakimiyyətə gəlişilə hərbçilərin ölkənin siyasi həyatında təsirinin məhdudlaşması məsələsi gündəmə gəlib.

İSİ-nin təsirinin məhdudlaşması ölkədə vəziyyəti yaxşılaşdıra bilər, bəzi ekspertlər isə hesab edirlər ki, bu vəziyyəti daha da gərginləşdirəcək.

Müsbət dəyişikliklər bir andaca baş verməyəcək, Kolumbiya Universitetində Cənubi Asiyanın öyrənilməsilə bağlı institutun direktoru vəzifəsini icra edən Oldenburq deyib.

"Bunun yaxın gələcəkdə baş verəcəyini düşünmürəm", - Oldenburq Trend -a elektron poçtla bildirib.

ISI-nin siyasi qolunun buraxılması mühüm hadisədir, - o hesab edir.

"ISI həmişə ordunun bir qolu olub, onun siyasəti və fəaliyyəti ordu proqramının bir hissəsidir. Orduk buna razılaşıbsa, bu da mühüm addımdır", - Oldenburq bildirib.

Pakistan üzrə ekspert, ABŞ-ın Taft İnstitutunun mühazirəçisi, tarxi professoru Aişə Cəlal da bu fikirdədir.

"Hökumət bu orqanın qaragüruh və sabitliyi pozan siyasətinin qarşısını almaq üçün düzgün addım atıb, cəmiyyət bunu bəyənəcək", - Trend -a elektron poçtla bildirib.

Amerikalı ekspert Sumit Qanquli (Sumit Ganguly) bu addımın qurumun fəaliyyətni dayandıracağına və ya onu məhdudlaşdıracağına şübhə edir.

"Bu qədər uzun müddətdə Pakistanın daxili və xarici siyasətinə təsir edən təşkilatın fəaliyyətini dayandırmaq asan deyil", - Cənubi Asiya, o cümlədən Hindistan və Pakistanla bağlı kitabların müəllifi professor Qanquli Trend -a elektron poçtla yazıb.

Amma bir sıra ekspertlər hesab edirlər ki, İSİ-nin siyasi qolunun buraxılmasınun fəaliyyətini dayandırmayacaq.

"Düşünmürəm ki, ISI Pakistan hökumətinin bəyanatına qədər olduğundan çox fərqlənsin. Bu təşkilatın bəzi bölmələrini ləğv etmək olar, amma bununla belə onların fəaliyyət çərçivəsi dəyişməz qalacaq", - Təhlükəsizlik və Müdafiə məsələlərilə bağlı araşdırmalar üzrə Kral İnstitutunun (Royal United Studies Institute for Defense and Security Studies) Asiya proqramları rəhbəri Aleksandr Neyl (Alexander Neill) Trend -a söyləyib.

Onun fikrincə, bu addımı atmaqla Pakistan hökuməti Qərbin gözündə müsbət imic qazanmaq istəyir.

Rusiyalı ekspert Vaqif Hüseynov hesab edir ki, Pakistan hökumətinin bu qərarı arzuolunmaz nəticələrə gətirə bilər.

"Orduda və Pakistan xüsusi xidmət orqanlarında islamçıların mövqeyi yetərincə möhkəmdir və hökumətin yöndəmsiz addımları ölkədə sabitliyin ciddi şəkildə pozulması ilə nəticələnə bilər", - Strateji Qiymətləndirmə və Təhlil İnstitutunun direktoru Hüseynov RBK Daily-yə deyib.

Ölkədə sabitlik yalnız o vaxt yaranacaq ki, siyasi partiyalar və siyasətçilər seçilməmiş qurumlardan və xüsusən qüdrətli ordudan və hər işə qarışan vətəndaş bürokratiyasından ayrılıqda işləyə bilsinlər, - Cəlal hesab edir.

İdarələrarası kəşfiyyat - təşkilatı Pakistanda 1948-ci ildə ayrıca kəşfiyyat orqanı qismində yaradılıb. O, hərbi kəşfiyyat və xarici kəşfiyyat məlumatlarının yığılması ilə məşğul olub. Mərkəzi ofis İslamabadda yerləşir. 2008-ci ilin sentyabrından qurumun direktoru Əhməd Şuja Paşadır.

Müləlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti