Hindistanın Mumbai şəhərində baş verən terror aksiyalarında əsir alınanlar arasında iki türk vətəndaşı da var. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
Turist kimi Hindistana səfər edən Seyfi və Məltəm adlı ər-arvad qaldıqları otelə hücum edənlər tərəfindən əsir alınıblar.