Azərbaycan, Bakı, 29 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev Rumıniya prezidenti Trayan Beseskunu ölkənin milli bayramı münasibəti ilə təbrik edib.
Təbrik məktubunda prezident bilidirib, "Ölkənizin milli bayramı - Birlik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm".
Dövlət başçısı qeyd edib, "Bu gün Azərbaycan-Rumıniya münasibətləri dinamik inkişaf yolundadır. Ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional qurumlar, layihələr çərçivəsində əməkdaşlığı məmnunluq doğurur. Əminəm ki, dost xalqlarımızın mənafeləri naminə işbirlyimizin daha da dərinləşdirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik".