...

Bakıda Türk Dünyası İqtisadiyyat, İnformasiya və Mədəniyyət Forumu keçiriləcək

Siyasət Materials 2 Dekabr 2008 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir B.Həsənov/ Bakıda Türkiyənin Nazirlər Kabinetinin Xarici Ticarət Müşavirliyi tərəfindən dekabrın 4-5-də Azərbaycan Dövlət İqtisad Universiteti və bu universitetin nəzdindəki Türk Dünyası İşlətmə Fakültəsi ilə birlikdə VIII Türk Dünyası İqtisadiyyat, İnformasiya və Mədəniyyət Forumu təşkil olunacaq. Bu barədə Türkiyənin Bakıdakı səfirliyindən Trend -a bildiriblər.

Forumun açılışında Türkiyə tərəfdən dövlət naziri Kürşat Tüzmən iştirak edəcək. Forumun məqsədi Türk dünyasındakı iqtisadiyyat, informasiya və mədəniyyət təşkilatlarının işini koordinasiya və əlaqələrinin inkişafını təmin etməkdir.

Indiyə qədər 7 dəfə Türk Dünyası İqtisadiyyat, İnformasiya və Mədəniyyət Forumu keçirilib. Forumlar 2001, 2002 və 2003-cü illədə Türkiyədə, 2004-cü ildə Bakıda, 2005-ci ildə Türkmənistanda, 2006-cı ildə Qırğızıstanda, 2007-ci ildə isə Şimali Kiprdə keçirilib.

VIII Türk Dünyası İqtisadiyyat, İnformasiya və Mədəniyyət Forumu ilə bağlı Azərbaycan və Türkiyə arasında əməkdaşlıq haqqında 2008-ci ilin 11 aprelində İstanbulda imzalanan Türkiyə-Azərbaycan İqtisadi Komissiyası V Dönəm Toplantısında qərar verilib.

Xəbər lenti

Xəbər lenti