...

Avropa Şurası Azərbaycanı çirkli pulların yuyulması haqqında Qanuna yenidən baxmağa çağırır

Siyasət Materials 12 Dekabr 2008 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend / Avropa Şurası (AŞ) Azərbaycanı çirkli pulların yuyulması haqqında Qanuna yenidən baxmağa çağırır.

AŞ-nin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qiymətləndirilməsi üzrə ekspertlər komitəsi Azərbaycanda bu Qanunla bağlı vəziyyətdən narahatdırlar, - Avropa Şurasının hesabatında bildirilir. Hesabat təşkilatın saytında yerləşdirilib.

Avropa Şurası nəzərə alıb ki, Azərbaycanda "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və daşınmaz əmlakın qanuniləşdirilməsi və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Qanun layihəsi ölkə parlamentində ikinci oxunuşdan keçsə də, əsas parametrlər üzrə beynəlxalq normalara cavab vermir.

AŞ, çirkli pulların yuyulmas və terrorizmin maliyyələşdirilməsi haqqında qanunların tənzimlənməsi üzrə əsas tələbləri tətbiq etmək üçün təcili qaydada bu Qanuna yenidən baxmaq tövsiyyəsi ilə Azərbaycana müraciət edib.

AŞ ölkələri Azərbaycandan olan xüsusi və hüquqi şəxslərlə sazişlərin bağlanılması zamanı daha diqqətli olmağın zəruriliyi barədə xəbərdar ediliblər, - məlumatda bildirilir.

Azərbaycan parlamenti 2008 - ci il oktyabrın 31-də ikinci oxunuşda Qanun layihəsini qəbul edib.

Xəbər lenti

Xəbər lenti