...

Bakıdakı partlayış nəticəsində dağıntılar altında qalan vətəndaşların şəxsiyyəti müəyyənləşdirilib

Siyasət Materials 13 Dekabr 2008 19:27 (UTC +04:00)
Azərbaycan, Bakı, 13 dekabr/ Trend News müxbir S.Kazımlı/ Bakının Nizami rayonu, Naxçıvani 34 ünvanında, ticarət bazarının qarşısında yerləşən yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan iki vətəndaşın şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə hadisə yerində olan Bakının prokuroru Əziz Seyidov məlumat verib
Bakıdakı partlayış nəticəsində dağıntılar altında qalan vətəndaşların şəxsiyyəti müəyyənləşdirilib

Azərbaycan, Bakı, 13 dekabr/ Trend müxbir S.Kazımlı/ Bakının Nizami rayonu, Naxçıvani 34 ünvanında, ticarət bazarının qarşısında yerləşən yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan iki vətəndaşın şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə hadisə yerində olan Bakının prokuroru Əziz Seyidov məlumat verib.

"Dağıntılar altından çıxarılanlar Əlirzayeva Tamila və Vitalik Volometovdur", - deyə Seyidov bildirib.

Onun sözlərinə görə, həmçinin yaralananların kimliyi müəyyənləşdirilib - Əlirzayeva Aylin (2006-cı il təvəllüd), Qurbanova Narasta Мəhəmməd qızı (1939-cı il təvəllüd), Mahmudova Oksana Alekseyevna (təvəllüdü bəlli deyil), Kərimov Ağamir İsa oğlu (1962-cı il təvəllüd), Kərimov Şirxan Ataş oğlu (1985-cı il təvəllüd), Mürsalova Afət Hüseyn qızı (1965-cı il təvəllüd).

Şənbə günü səhər Bakının Nizami rayonu, Naxçıvani 34 ünvanında, ticarət bazarının qarşısında yerləşən yaşayış binasında partlayış baş verib. Nəticədə binanın bir girişi tamamilə dağılıb.

"Partlayışın səbəbləri üzərində aparılan araşdırmalar əsas versiyanın qaz sızması olduğunu göstərir", - Seyidov bildirib.

Faktla bağlı Azərbaycan CM-nin tikinti işləri zamanı insanların həlak olmasına və digər ağır nəticələrə gətirmiş təhlükəsizlik qaydalarının pozulması maddəsi (222.2) üzrə cinayət işi qaldırılıb.

Prokuror hüquq-mühafizə orqanlarının hadisədə günahkar olanları həbs edəcəyini istisna etməyib.

"Dağıntılar altından altı nəfər, o cümlədən bir uşaq çıxarılıb", - Lənkəranda işgüzar səfərdə olan Azərbaycanın fövqəldadə hallar naziri Kəmaləddin Heydərov hadisənin ilk saatlarında Trend -a bildirib.

Partlayış barədə məlumat nazirliyə 8.23-də daxil olub. Nazir bildirib ki ilkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Heydərov deyib ki, buna dördüncü mərtəbədəki mənzillərdən birində təmir işlərinin aparılması səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti