...

Türkiyədə məhbusların sayı son 39 ildə ən yüksək həddə çatıb

Siyasət Materials 17 Dekabr 2008 23:39 (UTC +04:00)

Türkiyə, Ankara, 17 dekabr / Trend müxb. A.Ələsgərov/ Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahinin verdiyi məlumata əsasən, hazırda ölkənin azadlıqdan məhrumetmə müəssisələrində saxlanılan məhbusların sayı son 39 ildə ən yüksək həddə çatıb.

Bununla belə, "Hürriyət" qəzetinin yazdığına görə, hökumət həbs edilənlərin əfvini nəzərdə tutmayıb.

Nazir deyib: "Türkiyədə çoxsaylı əfvlər həyata keçirilib və onlar insanların cinayətlərə olan münasibətinə və cinayətkarlığın artmasına mənfi təsir göstərib".

Xəbər lenti

Xəbər lenti