...

Davos Forumu Azərbaycan iqtisadiyyatı üçün mühüm rol oynayacaq

Siyasət Materials 21 Yanvar 2009 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir İ.Xəlilova/

Davosda illik Dünya İqtisadi Forumunun (DİF) qarşıdakı sessiyası bütün tarixi ərzində ən çox nümayəndənin iştirak edəcəyi sessiya olacaq - sessiyada presedentsiz sayda dövlət və hökumət başçıları iştirak edəcək. Cari ildə 41 ölkənin başçısı Davosa gəlməyə hazır olduqlarını bəyan edib ki, bu da adi hallarda olduğundan iki dəfə çoxdur. Azərbaycan prezidenti İlham Əliyevin də görüşü gözlənilir.

DİF-in "İnnovasiya əməkdaşlığının gücü"  devizi altında keçirilmiş əvvəlki sessiyası 2008-ci il yanvarın 23-27-də Davosda baş tutub. Onun işində ölkə prezidentinin başçılığı ilə Azərbaycanın nümayəndə heyəti iştirak edib.
 Yanvarın 28-i - fevralın 1-də keçirilməsi nəzərdə tutulan qarşıdakı forumda dünya iqtisadi və maliyyə böhranının aradan qaldırılması məsələləri, iqlim dəyişiklikləri problemləri nəzərdə keçiriləcək. DİF çərçivəsində, ətraf mühitin mühafizəsi məsələlərinə nəzarət edən, bu sahədə yeni beynəlxalq paktın əsas müddəalarını hazırlayan nazirlərin görüşü keçiriləcək. Sənədi dekabrda imzalamaq planlaşdırılır.

DİF-in başlıca məqsədinin  iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə yardım göstərməklə dünyanın qlobal vəziyyətinin yaxşılaşdırılmasını nəzərə alaraq, qarşıdakı görüş dünya böhranı şəraitindən aktualdır. Ən optimal ssenarilərə görə, böhran - 2010-cu ilin sonu - 2011-ci ilin əvvəlinə başa çatacaq ki, bu da onun 2009-cu ildə dünya ölkələrinin iqtisadiyyatına təsiri imkanlarını gücləndirir.

Dünyada böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatın inkişafını davam etdirir və ÜDM-in artım templərinə görə lider mövqeyini saxlayır. 2003-cü illə müqayisədə, 2008-ci ildə dünya iqtisadiyyatının artımı 25,4 faiz, o cümlədən ABŞ-da - 13,3 faiz, Aİ ölkələrində - 13, 7 faiz, MDB - 45,4 faiz, Çin - 66,5 faiz təşkil edibsə, beş il ərzində Azərbaycanın iqtisadiyyatı 2,6 dəfə artıb. Ölkənin neft sektoru 4,1 dəfə, qeyri - neft - 1,8 dəfə artıb.

Azərbaycan iqtisadiyyatının hazırki artımı və ölkənin qlobal iqtisadiyyata, inkişafda olan dövlətlərin bazarlarına fəal inteqrasiyasını nəzərə alaraq, cəsarətlə iddia etmək olar ki, belə mühüm tədbirdə iştirak  Azərbaycanın şirkətlərinə xeyli müsbət dividendlər gətirəcək. görüşdə aparıcı iş adamları ilə rəy mübadiləsi, dünya biznes nəhənglərinin iş təcrübəsi ilə tanışlıq baş tutacaq ki, bu da gələcək inkişaf üçün şəxsi strategiyanın hazırlanmasında kömək edəcək.

Azərbaycan Beynəlxalq Bankı Dünya İqtisadi Forumunun üzvlüyünə qəbul edilmiş ilk bank olub.

Davos forumu qlobal inkişafın əsas problemlərinin müzakirəsi və həlli üçün işgüzar, siyasi, intellektual və dünya birliyinin digər liderləri arasında tərəfdaşlığın inkişafına yardım edir.

Forum öz qeyri-rəsmi şəraiti ilə cəlb edir - hər hansı məcburi protokol, yekun kommünike yoxdur. Bu xüsusi qeyri-məcburi dialoq atmosferi "Davosun ruhu" adını alıb. İştirakçıların ünsiyyəti "Dəyirmi masalardan" başqa, işgüzar səhər yeməkləri, mədəni proqram, forumun kluarlarında qapalı görüşlərdə keçir.

Hesab olunur ki, Şimali Amerika Azad Ticarət Sazişi (NAFTA) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) layihələri məhz Davosda Dəyirmi masalar arxasında qeyri - rəsmi  müzakirələrdə yaranıb. Belə ki, 1982- ci ildə 17 aparıcı ölkənin ticarət nazirlərinin DİF çərçivəsində keçirilmiş xüsusi qeyri - rəsmi sessiyası  beynəlxalq danışıqların ÜTT-nin yaradılması ilə başa çatan Uruqvay mərhələsinin başlamasına giriş olub. Hazırda Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üzrə danışıqlar prosesindədir və 1997-ci ildən təşkilatda müşahidəçi statusunda təmsil olunur.

Ən əsas illik iqtisadi sessiya ənənəvi olaraq, yanvarın sonu - fevralın əvvəlində (istisna - DİF-in 11 sentyar hadisələrindən sonra Amerika ilə həmrəylik əlaməti kimi, 2002-ci ildə Nyu -Yorkda keçirilmiş sessiyası),  İsveçrənin Davos qış kurortunda keçirilir. Belə vaxt təsadüfi seçilməyib. Yeni ilin ilk ayları - yeni mövsümə planların hazırlanması və ötən il ərzində fəaliyyətin yekunlarının təhlili dövrüdür. Davos forumu arasında tez - tez aparılan sorğuların nəticələri dünya siyasi, iqtisadi, elmi - texniki konyukturasını izləməyə imkan verir.

Bu tədbirin Azərbaycan üçün əhəmiyyəti bir də onunla təsdiqlənir ki, Bakı 2009-cu ildə Davos Forumunun regional sammitinin keçirilməsinə namizəd kimi çıxış edib.  Bakıda belə nümayəndəli forumun keçirilməsi haqqında qərar qəbul edilərkən, başlıca amil Azərbaycanın regionda lider rolu, iqtisadi sahədə böyük uğurlar olub, - Davos Dünya İqtisadi Forumunun icraçı direktoru Borge Brend Bakıda, Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşdə bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti