...

Tbilisidə benzin daşıyan maşın mikroavtobusun üstünə aşıb, həlak olanlar var

Siyasət Materials 30 Yanvar 2009 19:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 yanvar / Trend ,  müxbir N.Kirstxaliya/

Bu gün axşam Tbilisidə, "Ortaçala" HES rayonunda avtomobil qəzası baş verib. "Yevrooyl" şirkətinin benzin daşıyan maşını  döngdə çevrilib və mikrovatobusun üzərinə aşıb.

Sürücü və sərnişinlərin bir hissəsi mikroavtobusu tərk edə biliblər. Ancaq maşının içində çıxarılması hələ də mümkün olmayan cəsədlər var.

Qəza yerinə 40 ton benzin dağılıb və partlayış təhlükəsi yaranıb. Mütəxəssislər ərazinin təmizlənməsi ilə məşğuldurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: news trend.az

Xəbər lenti

Xəbər lenti