...

Gürcüstanın birinci prezidentinin həyat yoldaşı ölkənin İctimai televiziyasına qarşı aclıq elan edib

Siyasət Materials 31 Yanvar 2009 12:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 yanvar/ Trend ,  müxbir N.Kirtsxaliya/ Gürcüstanın birinci prezidentinin dul həyat yoldaşı Manana Arçvadze - Qamsaxurdiya bu gün etiraz əlaməti olaraq quru aclıq elan edib. O, Zviad və Konstantin Qamsaxurdiyanın adlarının ölkənin İctimai televiziyasının populyar "Gürcüstanın böyük onluğu" verilişindən çıxarılmasını tələb edir.

Bu veriliş Gürcüstanın tarixi ərzində onun ən böyük insanlarını müəyyən etməlidir. Əvvəllər, Gürcüstan pravoslav kilsəsi də bu verilişin əleyhinə çıxaraq bütün müqəddəslərin nominantlar siyahısından çıxarılmasını tələb edib. Veriliş dayandırılsa da, Patriarxiya ilə məsləhətləşmələrdən sonra köhnə formatda davam edib.

Arçvadze - Qamsaxurdiya Tbilisi Respublika xəstəxanasının birinci mərtəbəsində aclıq elan edib. O, burada silahdaşlarının arasındadır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti