...

Gürcüstan məsələsi fevralın 9-da BMT-də müzakirə oluna bilər

Siyasət Materials 2 Fevral 2009 16:06 (UTC +04:00)

Gürcüstan, Kirtsxaliya, 2 fevral / Trend , müxbir N.Kirtsxaliya/

"Gürcüstan ümid edir ki, Tbilisi BMT-dəki tərəfdaş ölkələri Rusiyanı, Abxaziya və Cənubi Osetiyanı beynəlxalq monitorinqdən təcrid etməməyə inandıra biləcək". Bu bəyanatı Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya, bazar ertəsi mətbuat konfransında verib.

Onun sözlərinə görə, bu gün BMT sədrinin bütün problemli məsələlərdən söhbət gedən illik məruzəsi açıqlanacaq. Ola bilsin ki, məruzədə Gürcüstandakı BMT müşahidəçi missiyalarının işi ilə bağlı təkliflər də yer alacaq.

Bununla yanaşı Gürcüstan, BMT-dəki beynəlxalq tərəfdaşları ilə də məsləhətləşmələrini davam etdirir. Fevralın 9-da BMT Təhlükəsizlik Şurasının iclasında Gürcüstan məsələsinin də müzakirə olunması nəzərdə tutulub. Caqalaniyanın sözlərinə görə, Tbilisi Gürcüstanın işğal olunmuş ərazilərində beynəlxalq monitorinqlərin həyata keçirilməsi və ölkədə beynəlxalq missiyaların mövcudluğunda maraqlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti