...

Nəhəng güclərin dağılması qaçılmazdır – İran prezidenti

Siyasət Materials 18 Fevral 2009 11:04 (UTC +04:00)
Nəhəng güclərin dağılması qaçılmazdır – İran prezidenti

İran, Tehran, 18 fevral / Trend , müxbir A.Namdari/ İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, İran xalqı öz yolunu davam etməklə, beynəlxalq nəhəng güclərlə mübarizə aparıb və onları tədricən geri çəkilməyə məcbur edib.

"Beynəlxalq nəhəng güclər hesab edirdilər ki, İran İnqilabı ikinci və üçüncü nəslə çatmayacaq, İran xalqı inqilabi dəyərləri davam etdirməyəcək. Lakin İran xalqı öz yolunu davam etməklə, beynəlxalq nəhəng gücləri tədricən geri çəkilməyə məcbur etdi", - deyə Əhmədinejad çərşənbə axşamı İran televiziyasında çıxışı zamanı bildirib. O, İranın nüvə proqramı haqqında qeyd edib ki, ölkə bu istiqamətdə fəaliyyətini davam etdirəcək

Əhmədinejad əlavə edib ki, böyük güclərin dağılması qaçılmazdır və bu məsələ hazırda reallaşmaqdadır.

İran prezidenti əlavə edib ki, uzun illər ərzində iqtisadi dəyişikliklər adı altında öz ideyalarını dünya xalqlarına qəbul etdirmək istəyən güclər, hazırda dünyada nüfuzunu itiriblər.

Əhmədinejadın sözlərinə görə, Qərb siyasi baxımdan çıxılmaz vəziyyətdədir, İraq, Livan, Fələstin, Əfqanıstan, Afrika və Cənubi Amerikada baş verən hadisələri nümunə göstərmək olar. "Bu güclər mövcud siyasi problemlərin həllinə qadir deyil və iqtisadi baxımdan da problemlə üzləşiblər. Onların ideyaları böhranı həll etməyə qadir deyil", - deyə Əhmədinejad bildirib.  

Xəbər lenti

Xəbər lenti