Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir C.Babayeva /
Azərbaycan Əfqanıstana 45 sülhməramlıdan ibarət yeni hərbi kontingent göndərib. Bu barədə cümə günü Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Ötən ilin sonunda respublika parlamenti Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayının iki dəfə (45-dən 90-dək) artırıması barədə qərar qəbul edib.
Azərbaycan hərbçiləri Kosovo və İraqda aparılan sülhməramlı əməliyyatlarda da iştirak ediblər. Sonradan İraqdakı sülhməramlıların missiyası başa çatıb, Kosovonun müstəqil elan olunmasından sonra isə Azərbaycan bu ölkədən də öz hərbçilərini geri çağırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]