...

İranda islahatçı düşərgənin seçki kampaniyasının təşviqat qrupunun bəzi üzvləri dəqiqləşib

Siyasət Materials 28 Fevral 2009 13:44 (UTC +04:00)

İran, Tehran, 28 fevral / Trend , müxbir A.Namdari / İranda keçiriləcək prezident seçkilərinə namizəd Məhəmməd Xatəminin seçki kampaniyasının təşviqat qurupunun bəzi üzvləri dəqiqləşib.

"İranın sabiq prezidenti Xatəminin seçki kampaniyasının təşviqat qrupu artıq təşkil olunub və Novruz bayramından sonra rəsmi fəaliyyətə başlayacaq", - Xatəminin seçki kampaniyasının təşviqat qrupunun adının açıqlanmasını istəməyən üzvü şənbə günü trend News-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Xatəminin seçki kampaniyası cari həftədən bir neçə regiona səfər etməklə başlayır.

"Seçki kampaniyasının təşviqat qrupunun mətbuat katibi Məhəmməd Ətriyanfər, təşviqat qrupunun internet səhifələrində fəaliyyət rəhbəri Məhəmməd Əli Əbtəhi olacaq", - deyə o bildirib.

Adının açıqlanmasını istəməyən qrup üzvü bildirib ki, təşviqat qrupu internet resurs vasitələrində Xatəminin xeyrinə təbliğat aparmaq üçün geniş şəkildə fəaliyyət göstərəcək.

O həmçinin əlavə edib ki, Xatəminin seçki kampaniyasının təşviqat qrupunun sözçüsü vəzifəsinə də Abdullah Naserinin seçilməsi məsələsi gündəmdədir.

İranda prezident seçkiləri 2009-cu ilin iyun ayında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti