...

Cənubi Koreyanın İrandakı diplomatı oğurluqda ittiham olunub

Siyasət Materials 2 Mart 2009 11:53 (UTC +04:00)

İran, Tehran, 02 mart / Trend , müxbir A.Namdari / 

İranda Cənubi Koreya səfirliyində üçüncü katib vəzifəsində çalışan diplomat ötən həftə qədim İranın (e.ə.VIII-VII əsrlər) Təxti-Cəmşid şəhərinin dağılmış tarixi əsər kompleksində dəyərli daş parçasını oğurlayıb.

Tehran İcra Hakimiyyətinə aid olan "Barışmaq Mədəniyyəti" qəzetinin məlumatına əsasən, Cənubi Koreya səfirliyində üçüncü katib işləyən diplomatın Şiraz şəhər hava limanında çantaları yoxlanılarkən Təxti-Cəmşid kompleksindən götürülmüş dəyərli bir daş parçası aşkarlanıb. O, siyasi toxunulmazlıq hüququna malik olduğu üçün həbs olunmayıb.

Şahidlərin sözlərinə görə, diplomat öz ailəsi ilə birlikdə Təxti-Cəmşid kompleksinə turist kimi səfər edib. Diplomat götürülmüş dəyərli daş parçasını körpənin yatağında gizlədərək hava limanından keçirmək istəyərkən, tarixi əsər hava limanı işçiləri tərəfindən aşkarlanaraq öz yerinə qaytarılıb. Hadisə bir həftə öncə baş versə də, təqsirləndirilən şəxs diplomat olduğundan bu barədə ictimaiyyətə açıqlanmayıb.

Oğurlanmış daş parçasının 2 kilo çəkisi olub və üzərində Əhəməni (Həxaməneşi) əsgərinin saç telləri təsvir olunub.

Diplomat bildirib ki, daş parçası baxımsız olaraq atıldığı üçün onu götürüb.

Əhəməni sülaləsinin məskəni olmş qədim İranın (e.ə.VIII-VII əsrlər) Təxti-Cəmşid (Persepol) şəhərində yerləşən ən iri saray kompleksi  Makedoniyalı İsgəndərin İrana hücumu zamanı dağıdılıb. Bu şəhər İranın Fars əyalətinin Şiraz şəhəri yaxınlığında Mərvdəşt regionunda yerləşir.

Xəbər lenti

Xəbər lenti