...

Bakı polisi dələduzluğa görə axtarışda olan qadını saxlayıb

Siyasət Materials 10 Mart 2009 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı,  10 mart / Trend , müxbir K.Zərbalıyeva /

Bakı polisi dələduzluğa görə axtarışda olan qadını saxlayıb, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a məlumat verilib.

Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan 45 yaşlı Musayeva Yeganə Cəlal qızı ötən ildən Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub.

O, 2008-ci ilin martında Hüseynov Elvin Nazim oğluna Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsinin sənədini düzəldəcəyini vəd edərək, onun 2300 ABŞ dollarını alıb mənimsəyib.

Faktla bağlı istintaq hərəkətləri aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti