...

Jurnalistin atası Gürcüstanın sabiq səfirini yenidən hədələyib

Siyasət Materials 10 Mart 2009 15:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Rusiyadakı sabiq səfiri Erosi Kitsmarişvilini döymüş jurnalist Nanuka Jorjolianinin atası Zurab Jorjoliani, qızını təhqir etməkdə davam edəcəyi halda, onu incidən şəxsi yenə də döyəcəyini bildirir.

"Mən sadəcə gürcüyəm və namus qanunlarını bilirəm. Buna görə də qızıma təhqirə dözə bilmirəm", - bu gün jurnalistlərə xüsusi brifinqdə Jorjoliani deyib. O qeyd edib ki, Kitsmarişvili onun XİN generalı İrakli Koduanın həyat yoldaşı olan qızını dəfələrlə mətbuat vasitəsilə təhqir edib. "Nanuka hətta ona zəng edərək bunun səbəblərini də soruşub. Ancaq o, elə telefonda da təhqirlərini davam etdirib", - Jorjoliani bildirib.

Onun sözlərinə görə, şənbə günü təsadüfən Qudauri kurortunda Kitsmarişvili ilə qarşılaşıb və onun qohumluğa baxmayaraq onun qızına münasibətdə belə təhqirlərə niyə yol verdiyini soruşub. "O, yenə özünü ədəbsizcəsinə apardı və mən qızımın namusunu qorumaq üçün onu döymək məcburiyyətində qaldım, baxmayaraq ki, buna xüsusilə hazırlaşmamışdım", - 52 yaşlı Jorjoliani qeyd edib.

Bir müddət əvvəl 44 yaşlı Kitsmarişvili ona zor tətbiq edilməsi haqda informasiya yayıb. O həm də Gürcüstan milli müdafiəçisinə (ombudsmenə) də müraciət edib.

"Namusun qorunması məhkəməlik bir işdirsə, mən buna görə qanun qarşısında məsuliyyət daşımağa hazıram. Ancaq Kitsmarişvili bütün siyasi alçaqlıqların təcəssümüdür və mənim qızıma qarşı bu çirkin kampaniyanın davam etdirəcəyi halda o, yenə də bunun cavabını alacaq", - həmçinin Milli müdafiəçiyə ərizə yazmaq niyyətində olan təhqir olunmuş ata bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti