...

MDB Parlamentlərarası Assambleyasının Beynəlxalq Müşahidə Qrupunun Azərbaycanda keçiriləcək referendumla bağlı yekun rəyi martın 19-da açıqlanacaq

Siyasət Materials 12 Mart 2009 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir C.Babayeva /

MDB Parlamentlərarası Assambleyasının (MDB PAA) Beynəlxalq Müşahidə Qrupu Azərbaycanda keçiriləcək referendumla bağlı yekun rəyi martın 19-da ictimaiyyətə açıqlanacaq.

Rusiyanın Federal Məclisinin Federasiya Şurasının sədr müavini Svetlana Orlovanın başçılıq etdiyi Müşahidə Qrupu martın 17-də Azərbaycana gələcək. Qrupa MDB PAA-ya üzv dövlətlərin ali qanunverici hakimiyyət orqanlarının deputatları daxildir.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçiriləcək.

"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf Naminə" və "Zəka" təşəbbüs qrupları referendumun lehinə, "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları əleyhinə təbliğat aparırlar.  

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

MDB PAA-nın Beynəlxalq Müşahidə Qrupu referendum üzrə səsvermə günü Bakı və Azərbaycanın regionlarında müşahidə aparacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti