...

Azərbaycan Prezidenti Qırğızıstan parlamenti sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 13 Mart 2009 17:41 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Qırğızıstan parlamenti (Joqorku Keneş) sədrinin birinci müavini Çolpon Bayekovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə AzerTAc dövlət informasiya agentliyi məlumat yayıb.

Xanım Çolpon Bayekova bildirib ki, Bakıya səfərinin əsas məqsədi parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaq, habelə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş kitabın təqdimat mərasimində iştirak etmək və Azərbaycanda yazıçının yubiley tədbirlərinin keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etməkdir.

Dövlətimizin başçısı Azərbaycanda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında ikitərəfli münasibətləri bütün səviyyələrdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində də genişləndirməyin zəruriliyini vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti