...

Azərbaycanın xarici işlər naziri fəaliyyət müddətləri başa çatan Rusiya və Çin səfirləri ilə görüşüb

Siyasət Materials 16 Mart 2009 19:22 (UTC +04:00)

Azərbaycan, Bакı, 16 mart / Trend , müxbir A.Hüseynbala /  

Azərabycanın xarici işlər naziri Rusiya Federasiyasının Azərbaycandakı səfirini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

"Nazir Elmar Məmmədyarov və səfir Vasili İstratov iki ölkə arasında ikitərəfli münasibətlərin geniş spektrdə uğurla inkişaf etdiyini qeyd edib, bu əlaqələrin bütün sahələrdə gələcəkdə də genişləndirilməsinin vacibliyini vurğulayıblar", - bazar ertəsi Trend -a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfir İstratov Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyindən məmnun olduğunu qeyd edərək, bundan sonra da Azərbaycan və Rusiya arasında əlaqələrin yüksələn xətlə davam edəcəyinə əminliyini bildirib: "Nazir Məmmədyarov Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə səfir İstratovun iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verdiyini bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb", - məlumatda deyilir.

Azərbaycanın XİN rəhbəri Çinin Azərbaycandakı səfiri Zanq Haizounu da ölkəmizdəki fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. "Nazir və səfir Azərbaycanla Çin arasında bir çox sahələrdə uğurla davam edən münasibətlərdən məmnunluğunu bildirib, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti