...

Türkmənistanın hərbi doktrinası yalnız müdafiə xarakteri daşıyır – prezident

Siyasət Materials 18 Mart 2009 16:20 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 18 mart / Trend , müxbir H.Həsənov /

"Türkmənistan prezidenti Qurbanqulı Berdimuhammedovun sədrliyi ilə ölkənin Təhlükəsizlik Şurasının iclası keçirilib. Burada dövlət başçısı yeni hərbi doktrinanın "yalnız müdafiə xarakteri" daşıdığını qeyd edib", - bu gün yerli KİV xəbər verib.

Türkmənistan Silahlı Qüvvələrinin Ali baş komandanı olan Berdimuhammedov, ölkədə "sülh və sabitliyin əsasları, qanunçuluq və hüquq qaydalarının təmin olunması"nın möhkəmləndirilməsi məsələlərini qaldırıb.

İclası açarkən dövlət başçısı qeyd edib ki, Türkmənistan "türkmən xalqının və region xalqlarının maraqları dairəsində beynəlxalq cəmiyyət tərəfindən ona həvalə edilmiş neytral mövqeyini dayanmadan həyata keçirir", - "Türkmən dövlət xabarları" dövlət xəbər xidməti məlumat verir.

TŞ-da güc nazirləri də hesabat verib. Xüsusilə onlar hərbi islahatların irəlilədilməsi - Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi kadrların hazırlanması, yeni sərhəd zastavalarının tikintisi üzrə layihələrin həyata keçirilməsi haqda danışıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti