...

Siyəzən rayonu ərazisində silah-sursat aşkar edilib

Siyasət Materials 1 Aprel 2009 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın şimalında yerləşən Siyəzən rayonu ərazisindən polis silah-sursat aşkar edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Nardaran kəndi ərazisindən 1 ədəd "AKM" silahı, 2 ədəd "TOZ-8", 3 ədəd nömrəsiz "Karabin", 2 ədəd ov tüfəngi, 1 ədəd nömrəsiz tapança, 2 ədəd qumbara, 2 ədəd tüstüverici şaşka, 9 ədəd "Çeryomuxa" və 727 ədəd müxtəlif çaplı güllə, Ağcabədi RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd "AKS" silahı, 1 ədəd süngü-bıçaq, 1 ədəd qumbara, 148 ədəd avtomat gülləsi və 2 ədəd güllə darağı tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti