...

Vətəndaşların qanunsuzluğa yol verilmədən hərbi xidmətə çağırılması təmin ediləcək - Azərbaycan Çağırış Komissiyasının üzvü

Siyasət Materials 1 Aprel 2009 14:47 (UTC +04:00)
Vətəndaşların qanunsuzluğa yol verilmədən hərbi xidmətə çağırılması təmin ediləcək - Azərbaycan Çağırış Komissiyasının üzvü

Azərbaycan, Bакı, 01 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan Respublikası Çağırış Komissiyasının yeni tərkibinin əsas vəzifəsi prezident İlham Əliyevin həqiqi hərbi xidmətə çağırışla bağlı imzaladığı fərmanın yüksək səviyyədə yerinə yetirilməsi olacaq.

"Bizim əsas vəzifəmiz vətəndaşların qanunsuzluğa yol verilmədən xidmətə çağırılması üçün aparılan islahatların sürətlənməsinə yardım göstərməkdir", - çərşənbə günü Trend -a hərbi xidmətə çağırış üzrə Respublika Çağırış Komissiyasının üzvü, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trend News-un arayışı: Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın qaydaları təsdiqlənib.

Nazirlər Kabinetinin məlumatında deyilir ki, Azərbaycan Nazirlər Kabineti ölkə vətəndaşlarının cari ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırış qaydalarını təsdiq edib.

"Qanunvericiliyə uyğun olaraq, Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirlikləri və yerli icra orqanları aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışı həyata keçirmək üçün lazımi tədbirlər görməlidirlər", - məlumatda deyilir.

Nazirlər Kabineti bununla yanaşı, Azərbaycan vətəndaşlarının aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışını həyata keçirəcək Respublika Çağırış Komissiyasının tərkibini də təsdiqləyib.

Komissiyaya respublika hərbi komissarının müavini Ramiz Məmmədov sədrlik edəcək. Komissiya sədrinin müavini postunu Dövlət Sərhəd Xidməti İnspektorluğunun rəisi Ehram Hacıyev tutacaq. Komissiya tərkibinə: daxili işlər nazirinin müavini Oruc Zalov, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov, ədliyyə nazirinin müavini Toğrul Musayev, AHİK sədrinin müavini Aqil Dadaşov və Milli Məclisin deputatı Siyavuş Novruzov daxildir.

Novruzovun sözlərinə görə, 2009-cu ildə digər illərdən fərqli olaraq Müdafiə Nazirliyində "Qaynar xətt" də yaradılıb. "Valideynlər həmin xidmətin telefon nömrələrinə zəng vurub müraciət edərək, övladlarının Silahlı Qüvvələrin hansı növündə xidmət göstərəcəyini qabaqcadan öyrənə biləcəklər", - YAP funksioneri əlavə edib.

Komissiya üzvü deyib ki, ordu quruculuğunda ciddi islahatlar, hərbi xidmətə çağırış prosesində təkmilləşdirmə prosesi davam edir. "Biz NATO ilə tərəfdaşlıq edirik. Ona görə ordumuz həmin alyansın standartlarına uyğunlaşdırılır. Çağırış prosesində təkmilləşdirmə prosesinin həyata keçirilməsi də məqsədəuyğundur", - millət vəkili vurğulayıb.

Novruzovun sözlərinə görə, komissarlıqların ləğv olunacağı və yeni qurumun yaradılacağı ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır. "Çünki hərbi çağırış üzrə komissarlıqlar ya prezidentin sərəncamı, ya da qanunla ləğv olunub, başqa strukturun tabeliyinə keçə bilər", - Çağırış Komissiyasının üzvü qeyd edib.

Hərbi komissarlıqların gələcəkdə ləğv olunub bu səlahiyyətin Müdafiə Nazirliyinə verilməsi məsələsinə gəldikdə, Respublika Çağırış Komissiyasının üzvü deyib ki, bu səlahiyyət yalnız prezidentə məxsusdur. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti