...

Azərbaycanın müxalifət bloku digər partiyalarla əməkdaşlığa yalnız blok şəklində qoşulacaq

Siyasət Materials 3 Aprel 2009 14:27 (UTC +04:00)

Azərbaycan, Bаkı, 03 aprel / Trend , müxbir A.Hüseynbala /

"Azadlıq" bələdiyyə və parlament seçkilərində digər partiyalarla əməkdaşlığa yalnız blok şəklində qoşula bilər, cümə günü Trend -a blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

"Azərbaycan müxalifətinin daha geniş tərkibdə birliyi yaransa da, "Azadlıq" bloku fəaliyyətini dayandırmayacaq. Blok üzvü olan partiyaların birgə iclası keçirilməsə də, siyasi prosesləri fərdi çəkildə görüşərək müzakirə edirik", - Əliyev deyib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi bu ilin payızında, parlament seçkisi isə 2010-cu ilin payızında keçiriləcək.

Əliyevin sözlərinə görə, "Azadlıq" siyasi blok olduğu üçün partiyalar arasındakı münasibətlər daha möhkəmdir. "Blokda təmsil olunan partiyaların bir-birinə inamı da çoxdur", - o deyib.

Bloka digər partiyaların daxil olmasına gəldikdə, Əliyev bunu mümkün hesab edir. "Amma bizim irəli sürdüyümüz sərt standartlar səbəbindən indiyədək üzvlüyə cəhd edən qurumlar olmayıb", - Əliyev əlavə edib.

VİP sədri deyib ki, bloka üzvlük məsələsi də orada təmsil olunan partiyaların hamısının razılığı ilə həyata keçirilə bilər.

Trend -un arayışı: "Azadlıq" bloku 2005-ci il parlament seçkisi ərəfəsi təsis olunub. Həmin vaxt blokda Azərbaycan Xalq Cəbhəsi, Demokrat və Müsavat partiyaları təmsil olunurdu. Seçkidən sonra Müsavat və Demokrat partiyaları blokdan ayrılıblar. İndi blokda üç müxalifət partiyası-Azərbaycan Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.

Vətəndаş və Inkişаf Pаrtiyаsı 2006-cı ildə təsis оlunub. Həmin vахta qədər bu pаrtiyаnın üzvləri Аzərbаyаn Milli Istiqlаl Pаrtiyаsındа (АMIP) təmsil оlunublаr. АMIP-də bаş vеrmiş pаrçаlаnmа nəticəsində Əli Əliyеvin tərəfdаrları öz qurultаylаrını kеçirərək VIP-i təsis еdiblər. VIP "Аzаdlıq" siyаsi blоkunun üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti