...

Bu gün Əhali və Mənzil Fondunun apardığı siyahıyaalmanın ilkin yekunları məlum olacaq

Siyasət Materials 6 Aprel 2009 12:26 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 06 aprel / Trend , müxbir А.Тanayev /

Qırğızıstan Respublikasının Statistika Komitəsi 24 mart-2 aprel aralığında keçirilən Əhali və Mənzil Fondunun siyahıyaalmasının ilkin yekunlarını elan edir. Bu haqda informasiya bu gün Milli Statistika Komitəsi tərəfindən veriləcək.

Statistika Komitəsi əlavə edir ki, 3-4 apreldə ərazilərə ehtiyat üçün daha bir dəfə baş çəkilib və siyahıyaalanların son hesabatları komitəyə yalnız bu gün təqdim olunub.

Cari kampaniyanın özəlliyi ondan ibarətdir ki, ilk dəfə ölkədə yaşayan vətəndaşların sayından əlavə, ölkənin mənzil fondunun kəmiyyət və keyfiyyət göstəriciləri də qeydə alınıb.

Qırğızıstandakı siyahıyaalma Dünya Əhalinin və Mənzil Fondunun siyahıyaalma proqramına daxil edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti