...

Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın maraqlarına ziddir - birinci vitse-spiker

Siyasət Materials 9 Aprel 2009 10:40 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın maraqlarına ziddir - birinci vitse-spiker

Azərbaycan, Bаkı, 09 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan parlamentinin birinci vitse-spikeri hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına ziddir.

"Türkiyənin irəli sürdüyü şərtlərin heç biri Ermənistan tərəfdən yerinə yetirilməyib, belə təqdirdə sərhədlərin açılması ən azı təəccüb doğurur", - cümə axşamı jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Əsgərovun sözlərinə görə, Türkiyə və Azərbaycanın münasibətləri strateji müttəfiqlikdən də üstündür.

"Ümid edirəm ki, Türkiyə Azərbaycanın ziyanına qərar qəbul etməyəcək", - parlament sədrinin birinci müavini əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti