...

Yaponiyanın xarici işlər naziri İrana səfər edəcək

Siyasət Materials 24 Aprel 2009 11:13 (UTC +04:00)

Yaponiyanın xarici işlər naziri yaxın gələcəkdə İrana rəsmi səfər edəcək. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb.

Yaponiya XİN başçısı Hirofumi Nakasone səfər çərçivəsində İranın XİN başçısı Mənuçöhr Müttəki ilə görüşəcək. Görüş zamanı ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq, narkotiklərə qarşı mübarizədə müştərək əməkdaşlıq, əfqan qaçqınların öz ölkələrinə qaytarılması və Əfqanıstanda sabitliyin yaradılmasına dəstək məsələləri müzakirə olunacaq.

Yaponiya xarici işlər nazirinin İrana səfəri mayın birinci həftəsində gözlənilir.

Xəbər lenti

Xəbər lenti