...

Azərbaycan İran-ABŞ münasibətlərinin yaxşılaşmasında ən ideal potensiala malikdir – Amerika-İran Şurasının rəhbəri

Siyasət Materials 28 Aprel 2009 16:54 (UTC +04:00)
Azərbaycan İran-ABŞ münasibətlərinin yaxşılaşmasında ən ideal potensiala malikdir – Amerika-İran Şurasının rəhbəri

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir D.Xatınoğlu /

"Azərbaycan regionda strateji ölkələrdən biridir, İranla qonşuluğunu, müştərək tarixi-ictimai və mədəni faktorlarını nəzərə alsaq, İran-ABŞ münasibətlərinin yaxşılaşmasında həlledici rol oynaya bilər", - Bakıda səfərdə olan Amerika-İran Şurasının (American-İranıan Councle) rəhbəri Huşəng Əmir Əhmədi Trend -a bildirib.

Əmir Əhmədi bildirib ki, Azərbaycana səfəri çərçivəsində rəsmi və qeyri-rəsmi görüşlər keçirəcək və regiondakı ölkələrin münasibətlərinin genişləndirilməsi potensiallarını araşdıracaq. "İran və ABŞ səfirləri ilə, Azərbaycanın bəzi rəsmi və qeyri-rəsmiləri ilə görüşüm olacaq. Xarici İşlər Nazirliyinin Azərbaycan Diplomatik Akademiyasında və Prezident yanında Strateji Araşdırılmalar Mərkəzində çıxışım olacaq", - qeyri-hökumət təşkilatının rəhbəri Əmir Əhmədi əlavə edib.

"Çalışacağıq ki, azərbaycanlılarla fikirlərimiz daha da yaxınlaşsın və əməkdaşlıq potensiyallarımızı daha da yaxından tanıyaq", - o bildirib.

Amerika-İran Şurasının rəhbəri bildirib ki, İran-ABŞ münasibətlərinin yaxşılaşdıracaq hər bir addım atılmalıdır, buna Azərbaycan hökuməti də yardım edə bilər.

Onun sözlərinə görə, İran və ABŞ-ın 30 ildir münasibətləri yoxdur, bir-birinə yadlaşıblar və ortaq dil tapa bilmirlər.

"Azərbaycan çox həlledici addımlar ata bilər. Məsələn, Nabukko planında İranın iştirak məsələsi, Azərbaycan-İran arasında münasibətlərin istiliyi və qonşu olmaları, həmçinin Azərbaycan hakimiyyətinin konstruktiv mövqeyi çox həlledici faktorlardır", - Əmir Əhmədi bildirib.

Əmir Əhmədi keçən həftə Qazaxıstana səfərini də müsbət dəyərləndirib. "Alma-Atada mediaforum konfransında ABŞ-ın Respublikaçılar və Demokratlar partiyasının rəhbərləri, həmçinin Amerikanın BMT-də sabiq səfiri Zulmay Xəlilzad ilə birlikdə iştirak etdik. Bu konfransda Qazaxıstan Prezidentinin qızı Dariqa Nazarbayovanın qonağı idik",- o bildirib.

O, Orta Asiya ölkələrinin hansı əməkdaşlıq potensialina malik olmasını araşdırıb, müzakirə etmək üçün Qazaxıstan və Azərbaycanda səfərdə olduğunu bildirib.

Əmir Əhmədi ümid edir ki, səfər etdiyi ölkələrdə ABŞ hakimiyyətinin orta Şərqdə həyata keçirmək niyyətində olduğu planları ABŞ-ın QHT sədri kimi açıqlamağa çalışacaq. Amerika-İran Şurasının sədri Azərbaycana səfəri başa çatdıqdan sonra İrana səfər edəcəyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti