...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu aşkar edilmiş nöqsanlarla əlaqədar materialları Baş Prokurorluğa təqdim edib

Siyasət Materials 1 May 2009 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir K.Zərbəliyeva /Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) qurumun Goranboy rayon şöbəsinin funksional vəzifələrin icrasının araşdırılması zamanı ciddi nöqsanlar aşkar edib.

Şöbənin müdiri və digər taxsırkar şəxslər tutdugu vəifədən azad ediliblər. Lazımi tədbirlərin görülməsi üçün əldə edilən materiallar Azərbaycan Respublikası Baş prokuroluğuna göndərilib.

DSMF-nin mətbuat xidmətinin rəhbəri Elman Babayev cümə günü Trend -a bildirib ki, Azərbaycanın Prezidentinin 28 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı tədbirlərin yerinə yetirilməsi fond tərəfindən davam etdirilir.

Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası kimi bir sıra tədbirlərlə yanaşı, fond tərəfindən aşkar olunan ciddi hüquq pozuntuları ilə əlaqədar hüquq-mühafizə orqanlarının məlumatlandırılması işi aparılır.

Növbəti belə tədbir DSMF-nin daxili audit şöbəsi tərəfindən Goranboy rayon şöbəsinin funksional vəzifələrin icrasının araşdırılması zamanı aşkar edilmiş ciddi nöqsanlarla əlaqədar olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti