...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Türkiyədə bir sıra tədbirlər keçiriləcək

Siyasət Materials 5 May 2009 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir A.Hüseynbala /

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Türkiyədə bir sıra tədbirlər keçiriləcək.

Səfirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, Azərbaycanın Türkiyədəki səfirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Diaspor ilə İş üzrə Dövlət Komitəsi, Ankaranın Yeniməhəllə Bələdiyyəsinin iştirakı ilə Ankarada yerləşən Heydər Əliyev adına Milli Parkda mayın 9-da təntənəli tədbir keçirəcək.

Tədbir ziyafət və mədəni hissədən ibarət olacaq. Öncə, Ulu Öndərin heykəlinin qarşısına əklil qoyulacaq. Sonra Azərbaycandan dəvət edilən 25 nəfərdən ibarət mahnı və rəqs qrupu parka dəvət edilənlər qarşısında Azərbaycanın milli mədəniyyətini nümayiş etdirəcək.

Tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, dövlət adamları, siyasətçilər, Türkiyə Parlamentinin üzvləri, soydaşlarımız, Ankarada fəaliyyət göstərən səfirliklərin rəhbərləri və əməkdaşları, TÜRKSOY, Ankarada təhsil alan tələbə və müdavimlərimiz iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti