...

Moskva ümid edir ki, Amerika Administrasiyası NATO ilə artan fikir ayrılıqlarını arxada qoymağa kömək edəcək - NATO-dakı daimi nümayəndə

Siyasət Materials 7 May 2009 09:03 (UTC +04:00)
Moskva ümid edir ki, Amerika Administrasiyası NATO ilə artan fikir ayrılıqlarını arxada qoymağa kömək edəcək - NATO-dakı daimi nümayəndə

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir V.Javoronkova /

"Rusiya tərəfi ümid edir ki, Amerika Administrasiyası NATO ilə Moskva arasında artan fikir ayrılıqlarını arxada qoymağa kömək edəcək", - Trend -a Brüsseldən telefonla Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin deyib.

"Düşünürəm ki, Amerika Prezidenti bizim kimi, ən azından ümid edirik ki, işə müdaxilə edəcək və bu növ təxribatı yaradanlara bəzi şeyləri aydınlaşdıracaq. Nəhayət, bu bizim yox, onun təşkilatıdır", - Roqozin bildirib.

Rusiya bu gün NATO-nun Belçikadakı nümayəndəliyində çalışan iki rusiyalı əməkdaşın çıxarılmasına cavab olaraq iki kanadalı diplomatın akkreditasiyasını əlindən alıb.

Rusiya XİN-in rəsmi bəyanatında deyilir ki, bu addım "NATO-nun Alyansdakı RF nümayəndəliyinin iki əməkdaşına qarşı qərəz aktına cavab olaraq" atılıb.

Ötən həftə Alyans Rusiyanın NATO-dakı nümayəndəliyinin iki əməkdaşının qovulması haqda qərar qəbul edib. Blok onları casusluqda ittiham edib və akkreditasiyasını əllərindən alıb. Onların içərisində Rusiyanın Aİ-dəki daimi nümayəndəsinin oğlu Vasili Çijov da var.

Roqozinin sözlərinə görə, NATO-dakı səfirlik iclasında Alyansın Baş katibi heç yaxın ətrafına, NATO-da akkreditə olunmuş və onun daxilində işləyən dövlətlərin səfirlərinə belə rus diplomatların çıxarılması haqda məlumat verməyib.

"Bu ya NATO mexanizminin tam intizamsızlıq və uzlaşmazlığıdır, ya da belə qənaətə gəlmək olar ki, NATO-nun daxilində nəinki Rusiya-NATO, həmçinin Barak Obamaya qarşı yönəldilmiş işbirliyi var. Çünki bütün bu baş verənlər onun şəxsi nüfuzuna ziyan vurur", - Roqozin əlavə edib.

Xəbər lenti

Xəbər lenti