...

Radikal müxalifət görüş üçün Saakaşvilini tələb edir

Siyasət Materials 8 May 2009 16:51 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08  may / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan Yolu" partiyasının lideri Salome Zurabaşvili Parlamentin spikeri David Bakradzenin müxalifətlə görüşə hazır olduğunu deməsini "qeyri-ciddi" və "qeyri-adekvat" sayır.

Zurabaşvilinin sözlərinə əsasən, müxalifət yalnız prezidentlə görüş tələb etdiyindən onun yerinə Bakradzenin danışması başa düşülən deyil.

Zurabaşvilinin fikrincə, əlində real səlahiyyət və təsir vasitələri olmadığına görə, Bakradzenin belə bəyanat vermək hüququ yoxdur.

"Biz Saakaşvili ilə görüşməyi tələb edirik və niyə məhz Bakradzenin cavab verdiyini başa düşmürük. Bəlkə özünü ölkənin prezidenti hesab edir? Belə addımı Saakaşvilinin bizlə görüşdən imtina etməsi kimi dəyərləndiririk. Müxalifət ölkənin böhrandan çıxış yolları barədə yalnız prezidenti dinləmək istəyir. Ümid edirik ki, Saakaşvili yaxında özü cavab verəcək", - Zurabaşvili vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti